RU

"YouTube"da qlobal nasazlıq başVERDİ

İstifadəçilər "YouTube" video hostinqində qlobal nasazlıq barədə şikayət ediblər.

Redaktor.az xəbər verir ki, bunu "Downdetector" xidmətinin məlumatları təsdiq edir.

Nasazlıq barədə 10 minlərlə şikayət daxil olub. İstifadəçilərin 77%-i "YouTube" veb-saytının, 15%-i video yayımının, 7%-i isə tətbiqin nasazlığı barədə məlumat veriblər.

ABŞ-dən 12 609, Yaponiyadan 5 255, Böyük Britaniyadan 5 030, Almaniyadan 4 070 şikayət daxil olub. Nasazlıqlar, həmçinin Fransa, Niderland, İsveç və digər ölkələri də əhatə edib.

Избранный
56
2
redaktor.az

3Источники