RU

Rusiya məhkəməsi azərbaycanlıların həbs müddətini uzatdı

Rusiyada məhkəmə Yekaterinburqda ötən illərə aid qətllərdə ittiham olunan üç azərbaycanlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb.
NOCOMMENT.az-ın məlumatına görə, Azad (Aziz) Abbasov, Şahin Lalayev və Əhliman Gənciyev barəsində həbs qətimkan tədbiri 2026-cı il martın 29-dək uzadılıb. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsinin “z” və “j” bəndləri (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qətl, sifarişli qətl və sifarişli qətlə cəhd) ilə ittiham olunurlar.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslər oktyabrın 19-dək həbsdə qalacaqlar.
Sverdlovsk Vilayət Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, qərar hələ qanuni qüvvəyə minməyib. Tərəflərin qərardan şikayət verməsi üçün 3 sutka müddət mövcuddur.
Избранный
95
50
nocomment.az

10Источники