RU

Yaponiya Ukraynaya 2026-cı ildə 6 milyard dollar yardım ayıracaq

Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiya hökumətinə və Baş nazir Sanae Takaiçiyə 2026-cı il üçün əlavə maliyyə dəstəyi qərarına görə təşəkkürünü bildirib.

Prezidentin açıqlamasında qeyd olunur ki, ümumi yardım məbləği təxminən 6 milyard dollar təşkil edəcək və bu vəsait ölkənin Rusiya təcavüzünə qarşı müdafiəsini gücləndirməyə yönəldiləcək.

Məlumat Prezident Zelenskidən onun X (keçmiş Twitter) hesabında verilib.

//Samir Qurbanov, Editor.az

Избранный
60
editor.az

1Источники