Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiya hökumətinə və Baş nazir Sanae Takaiçiyə 2026-cı il üçün əlavə maliyyə dəstəyi qərarına görə təşəkkürünü bildirib.
Prezidentin açıqlamasında qeyd olunur ki, ümumi yardım məbləği təxminən 6 milyard dollar təşkil edəcək və bu vəsait ölkənin Rusiya təcavüzünə qarşı müdafiəsini gücləndirməyə yönəldiləcək.
Məlumat Prezident Zelenskidən onun X (keçmiş Twitter) hesabında verilib.
//Samir Qurbanov, Editor.az