RU

Rusiya Odessanı bombalayıb: çoxlu ölən var VİDEO

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az xəbər verir ki, Odessa vilayət Hərbi administrasiyasının rəhbəri Oleq Kiperin və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin yaydıqları məlumatda belə deyilir. “Dekabrın 19-da axşam saatlarında düşmən Odessa vilayətində liman infrastrukturu obyektinə növbəti iri ballistik raket hücumu həyata keçirib. Hücum insanların ölümü, yaralanması, dayanacaqda yük maşınlarının alışması ilə nəticələnib”, - Oleq Kiper öz Telegram-kanalında yazıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər zərərçəkənlərə hər cür yardım göstərirlər. Davam edən hava hücumu xəbərdarlığı Fövqəladə hallar xidmətlərinin işini çətinləşdirir. Ukraynanın bərpası üzrə baş nazirin müavini, icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba dünyanı bu hücuma adekvat reaksiya verməyə və Rusiyaya qarşı sanksiyalar təzyiqini artırmağa çağırıb.

pic.twitter.com/bdMeyABxmI

— Newsfeed (@Newsfeed883920) December 19, 2025

Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
1
azvision.az

2Источники