Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.
Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, həmin evdə usta kimi işləyən şəxs ev sahibinin çantasından 1450 manat və 4300 dollar oğurlayıb.
O, törətdiyi əməli ört-basdır etmək üçün çantaya oğurladığı maddi vəsait miqdarında saxta əskinaslar qoyub. Bu barədə 65 yaşlı zərərçəkən polisə müraciət edib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.