RU

NATO baş katibinin müharibə hazırlığı bəyanatı Putini özündən çıxardı - Oxumağı, yazmağı bilirsinizmi?...


Rusiya Prezidenti Vladimir Putin NATO-nun Baş katibi Mark Ruttenin Rusiya ilə müharibəyə hazırlıq görülməsilə bağlı açıqlamalarına sərt reaksiya verib. Putin ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında Rusiyanın düşmən və ya hədəf kimi göstərilmədiyini xatırladıb.

Qərbə mesaj göndərən Putin Rusiyanın Avropaya hücum etmək niyyətində olmadığını bildirib. NATO-nun baş katibi Rutteyə müraciət edən Rusiya Prezidenti deyib: "Bunu qulaq asın, nə danışır bu? Ona bir sual vermək lazımdır: Rusiya ilə müharibədən danışarsan? Guya Rusiyaya qarşı müharibəyə hazırlaşmaq lazmdır. Oxumağı, yazmağı bilirsinizmi? Gedin ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasını oxuyun. Orada nə deyilir? Xüsusilə diqqəti ABŞ-a yönəldirəm: NATO-da əsas aktyoru ABŞ-dır, NATO-nun qurucusu ABŞ-dır, NATO-nu əsas maliyyəşədirən ABŞ-dır. Pulun da, hərbi texnologiyanın da, silahların da, sursatın da əsas mənbəyi ABŞ-dır, hamısı oradan gəlir. Yeni NATO təhlükəsizlik strategiyasının mərkəzində nə dayanır? Rusiya düşmən və ya hədəf kimi göstərilmir. Amma buna baxmayaraq, NATO-nun baş katibi çıxıb bizimlə müharibəyə hazırlaşır. Bu nə deməkdir? Oxumağı bilmirsiniz? Böyük NATO ölkəsi olan ABŞ bizi düşmən və ya rəqib kimi görmədiyi halda, NATO olaraq Rusiyanı necə müharibə hədəfinə çevirə bilərsiniz?"

Rusiya lideri həmçinin bildirib ki, qarşılıqlı hörmət və maraqlar balansı yaradılarsa, yeni hərbi əməliyyatlar gündəmdə olmayacaq.

Putin NATO-nun şərqə doğru genişlənməsinə də toxunub: "Əgər bizə hörmət etsəniz, maraqlarımıza uyğun hərəkət etsəniz və bizi bir daha aldatmasanız, yeni hərbi əməliyyatlar olmayacaq".

Rusiya lideri Britaniya və Avropa ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə hazır olduqlarını bildirib və əlavə edib ki, bu hər kəsə fayda verəcək.

TAHİR

Избранный
61
baki-xeber.com

1Источники