RU

“Karvan-Yevlax” – “Neftçi” oyunundan sonra qalmaqal: Avtobusa ziyan vuruldu – FOTOLAR 

Misli Premyer Liqasının XVI turunda keçirilən “Karvan-Yevlax” – “Neftçi” matçından sonra xoşagəlməz hadisə baş verib.

İdmanxeber.az xəbər verir ki, qonaq komandanın azarkeş qrupuna aid “Forza Neftçi” fanatları ev sahibinin avtobusuna ziyan vurublar. Belə ki, onlar nəqliyyat vasitəsinin üzərindəki “Karvan-Yevlax” loqosunun üstünə öz qruplarının emblemini yapışdırıblar.

Bundan əlavə, fanatlar avtobusun üzərinə “Forza” ifadəsini yazaraq avtomobilə ciddi xəsarət yetiriblər.

Həsən Quluzadə

Избранный
82
1
idmanxeber.az

2Источники