Hacıqabulda 1972-ci il təvəllüdlü Şakir Valehov arvadı Həlimə Valehova ilə bacısı oğlu Bəhram Qəmbərlininin (ad-soyadlar şərtidir) münasibətindən şübhələndiyi üçün onları qanunsuz olaraq silah gücü ilə azadlıqdan məhrum edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, ötən il baş verən hadisə ilə bağlı məhkəmə prosesi bu həftə başa çatıb.
Hacıqabul Rayon Məhkəməsinin hökmünə əsasən, Ş.Valehov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisənin təfərrüatına gəlincə, Şakir həyat yoldaşı Həlimə ilə bacısı oğlu Bəhramın münasibətindən şübhələnib. Şakir arvadına qarşı xəyanət ittihamı irəli sürsə də, qadın deyilənləri qəbul etməyib.
Bundan sonra Şakir evin həyətinə kamera quraşdırıb. Buna baxmayaraq, o, kamera vasitəsilə arvadı ilə bacısı oğlunun münasibətini təsdiqləyən hər hansı görüntü əldə edə bilməyib. Şakir dəfələrlə kameranın yerini dəyişsə də, ittihamını sübut edəcək fakta nail olmayıb.