İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 17-ci turunda "Çelsi" "Nyukasl"la üz-üzə gəlib.
QOL.az xəbər verir ki, qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. Matça meydan sahibləri sürətli başlasa da, fasilədən sonra qonaqlar geridönüş edə biliblər.
20 dekabr (şənbə)
"Nyukasl" - "Çelsi" - 2:2
Qollar: N.Voltemade, 4, 20 – R.Ceyms, 49, J.Pedro, 66
Qeyd edək ki, bu nəticədən sonra xallarını 29-a çatdıran "Çelsi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşaraq lider "Arsenal"dan 7 xal geri qalır. Aktivində 23 xal olan "Nyukasl" isə 11-ci sırada yer alıb.