RU

“Putin ABŞ la danışıqlarda əsas vasitəçi kimi Uitkoffu şəxsən özü seçib” WSJ

ain.az, Gununsesi saytına istinadən bildirir.

“The Wall Street Journal” yazır ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-la aparılan danışıqlarda əsas vasitəçi kimi Uitkoffu şəxsən özü seçib.

Nəşrin məlumatına görə, Rusiya–ABŞ təmasları Səudiyyə şahzadəsinin Kremlin mesajını Uitkoffa çatdırmasından sonra başlayıb.

Bildirilir ki, Putin Uitkoffla şəxsən görüşməkdə maraqlı olub və Kremlin əsas şərti görüşə onun tək gəlməsi olub. Görüşdə nə media nümayəndələri, nə diplomatlar, nə də tərcüməçi iştirak edib.

Danışıqlar zamanı kannabisə görə məhkum edilmiş amerikalı Mark Fogelin azadlığa buraxılması məsələsi müzakirə olunub və nəticədə Fogel sonradan sərbəst buraxılıb.

Nəşr qeyd edir ki, Uitkoffun seçimi təsadüfi olmayıb. Putin ABŞ-ın sabiq prezidenti Donald Trampın yaxın çevrəsinin, o cümlədən Ukrayna üzrə xüsusi elçi Kit Kellogun psixoloji portretlərini araşdırıb və Kellogu pro-ukraynalı hesab edib.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
115
icma.az

1Источники