RU

Oğuzda ağır qəza - Ölən və yaralananlar var - FOTO

Oğuzda ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
91
11
milli.az

10Источники