RU

Zelenski: ABŞ rəsmiləri Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli görüşünü təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Milli Təhlükəsizlik Müşavirləri səviyyəsində Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli görüşünü təklif etdiyini açıqlayıb.

Aznews.az xəbər verir ki, dövlət başçısı jurnalistlərlə söhbətində Kiyevin bu ideyanı dəstəklədiyini bildirib.

O, təklif barədə ona hazırda ABŞ-da olan və dünən müharibənin başa çatdırılması məsələsi ilə bağlı amerikalı və avropalı tərəfdaşlarla danışıqlar aparan Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun məlumat verdiyini bildirib.

"Umerov mənə zəng edib dedi ki, ABŞ Milli Təhlükəsizlik Müşavirləri səviyyəsində Amerika, Ukrayna və Rusiyanın üçtərəfli görüşünü təklif edir", - Zelenski deyib.

Избранный
41
5
aznews.az

6Источники