RU

Qızıl almaq istəyənlərin nəzərinə: Bazarda aşağı qiymətə yeni növ peyda olub

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qızıl bazarında bahalaşma günü-gündən artır.

Bu səbəbdən yüksək qiymət nəticəsində daha yuxarı əyarlı qızıla tələbat azalır. Nəticədə, bazara daha aşağı əyarlı qızılın daxil olmasına zəmin yaranır.

"Cebheinfo.az" Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəllər 750 əyarlı qızılı alan daha çox idi. Lakin qiymət artımı ilə bağlı hazırda tələbat daha çox 585 əyarlı qızıladır.

Son zamanlarda isə daha aşağı - 417 əyarlı "10 k" adlanan qızıl barədə məlumatlar yayılıb. Bəs bu qızıldan paytaxt bazarlarında varmı?

Bəzi satıcılar bildirirlər ki, bu əyarda olan qızıla Bakıda da rast gəlinir. Ölkə bazarında yeni olan bu qızılın qiyməti isə xeyli aşağıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
77
12
cebheinfo.az

10Источники