Bakı. Trend:
İspaniya La Liqasının XVII turu çərçivəsində “Real Madrid”lə“Sevilya” arasında keçirilən qarşılaşma başa çatıb.
Trend-inməlumatına görə, Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutanoyunda ev sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
Matçın hesabını 38-ci dəqiqədə “Real Madrid”in yarımmüdafiəçisiCud Bellingem açıb. Görüşün sonlarına yaxın, 86-cı dəqiqədə KilianMbappe penaltini dəqiq yerinə yetirərək komandasının üstünlüyünüartırıb və oyunun yekun nəticəsini rəsmiləşdirib.