RU

Putinin qohumu cinayətkar dəstə lideri ilə birgə qəzaya düşüb

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Moskva yaxınlığında altı sərnişini daşıyan qayıq qəzaya uğrayıb.

Hadisə Mıtişidəki yaxt klubda baş verib.

Qayığın aşması nəticəsində məşhur "Solntsevskaya" mütəşəkkil cinayətkar dəstəsinin lideri Viktor Averin həlak olub.

Putinin əmisi qızının əri Viktor Xmarin də qayıqda olub. O, hipotermiya və yüngül zədələr alıb.

Bu iki nəfərin eyni qayıqda olması bir sıra suallar yaradıb. Gəmidə həmçinin vəkil, iş adamı, cangüdən və 18 yaşlı model də olub.

Məlumata görə, qayığı Averin özü idarə edib.

(Oxu.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
88
6
moderator.az

7Источники