RU

Arıqlamaq istəyi faciə ilə NƏTİCƏLƏNDİ: Şirkət rəsmisi KOMAYA DÜŞDÜ – FOTO

“HeadHunter” rəsmisi liposaksiyadan sonra komaya düşüb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 46 yaşlı Vitali Terentyevin əməliyyatdan sonra nəfəsi dayanıb, o, süni tənəffüs aparatına qoşulub.

Məlumata görə, “HeadHunter” şirkətinin baş direktorunun müşaviri Vitali Terentyev qarın nahiyəsində etdirdiyi liposaksiya (piylərin cərrahi yolla götürülməsi) əməliyyatından sonra komaya düşüb.

Bildirilir ki, 46 yaşlı kişi tez bir zamanda arıqlamaq və daha incə görünüşə sahib olmaq məqsədilə bıçaq altına yatıb.

Lakin əməliyyatdan dərhal sonra onun tənəffüsü dayanıb. Hazırda Terentyev reanimasiya şöbəsindədir və həyatı süni tənəffüs aparatından (İVL) asılıdır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
53
interpress.az

1Источники