RU

İmtahan zamanı aparılan videoçəkiliş 2 həftə saxlanılır

Tibb mütəxəssisi imtahanda iştirak edərkən, yaddaş kitabçasında 3.10-cu bənddə göstərilən qadağalara əməl etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.

Qaydaya əməl etməməsi halları aşkar edilən şəxs imtahan zalından xaric edilir. İmtahanın nəticəsinin ləğv olunması barədə qərar qəbul edilir və akt tərtib olunur. Tibb mütəxəssisi bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər. İmtahan qanunçuluq, obyektivlik, bərabərlik prinsipləri əsasında keçirilir. Şəffaflıq və aşkarlıq prinsipləri qorunur. İmtahan zamanı videoçəkiliş aparılır və 2 həftə saxlanılır.

Избранный
51
heftelik.az

1Источники