RU

Prezident İlham Əliyevin Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev“Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında”Sərəncam imzalayıb.

Trend Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki,sözügedən Sərəncam 76 min aztəminatlı ailəni əhatə edəcək.

Bildirilib ki, Sərəncamda Dünya Azərbaycanlılarının HəmrəyliyiGünü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinəünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manatməbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur.Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.

"Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 minailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddiyardım bayram ərəfəsində onların maddi təminatına dəstəkolacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənbirdəfəlik yardımlar ünvanlı sosial yardım alan ailələrinhesablarına köçürüləcək.

Ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosialmüdafiəsində mühüm önəm kəsb edir. Ödənilən ünvanlı yardımlarınməbləği davamlı olaraq artır. 2018-2025-ci illər ərzində buyardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb vəhazırda 425 manat təşkil edir.

Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarınınhəddi isə qeyd edilən dövrdə 2,2 dəfə artırılaraq 285 manataçatdırılıb və növbəti ildə 300 manata çatdırılması nəzərdətutulub", - məlumatda qeyd olunub.

Избранный
79
33
az.trend.az

10Источники