ain.az bildirir, Operativ MM saytına əsaslanaraq.
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayı son 48 saat ərzində 12 nəfər artaraq 70 min 937-yə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, İsrail hücumları nəticəsində son 48 saat ərzində onlardan 8-i dağıntılar altından çıxarılmaqla 12 fələstinlinin cənazəsi və 7 yaralı xəstəxanalara çatdırılıb.
Atəşkəsin qüvvəyə minməsindən bəri həyata keçirilən hücumlarda 405 mülki şəxsin həlak olduğu, 1115 nəfərin yaralandığı, dağıntılar altından isə 649 nəfərin cəsədinin çıxarıldığı qeyd edilib.
İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına başladığı hücumlar nəticəsində ölənlərin ümumi sayının 70 min 937-yə, yaralıların sayının isə 171 min 192-yə çatdığı vurğulanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.