RU

Luvr soyğununun yeni təfərrüatları AŞKARLANDI – ŞOK DETALLAR

Fransada Luvr muzeyinin soyulması ilə bağlı şok detallar aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “BFMTV” telekanalı istintaq məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Fransada Luvr muzeyini soyan cinayətkarlar oradan 8000-dən çox brilyant və 200-dən artıq mirvari oğurlayıblar.

Telekanal qeyd edir ki, oğrular muzeydən ümumilikdə 8 zinət əşyasını ələ keçiriblər, lakin bu əşyaların dəyəri və tərkibi inanılmazdır:

“Luvr oğruları 8 zinət əşyasını götürməklə ağlasığmaz sayda qiymətli daş-qaşı – 8000-dən çox brilyant, 212 mirvari, 35 zümrüd və 34 sapfiri oğurlayıblar”.

Bildirilir ki, cinayətkarlar soyğun zamanı avtohidravlik qaldırıcıdan və iki skuterden istifadə ediblər.

Müəyyən edilib ki, onlar paytaxtın şimal ətrafı olan Obervilyedən müxtəlif vaxtlarda hadisə yerinə yola düşüblər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
92
interpress.az

1Источники