Gürcüstanda sülh və sabitlik ölkə rəhbərliyinin yürütdüyü siyasət sayəsində əldə edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze ölkədə akkreditə olunmuş səfirlərin konfransında bildirib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti milli maraqları, ölkənin sabitliyini və sülhü qoruya bilib.
Kobaxidze həmçinin vurğulayıb ki, bu gün Gürcüstanda bərqərar olan sülh təsadüf deyil, ardıcıl və ağlabatan siyasətin nəticəsidir.