RU

Xırdalanda üç nəfər dəm qazından zəhərlənib - Birinin vəziyyəti ağırdır

Xırdalanda ötən gün dəm qazından zəhərlənən üç nəfərdən birinin vəziyyəti ağırdır, ikisi xəstəxanadan evə buraxılıb.

Far.Az xəbər verir ki, bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Kliniki Tibbi Mərkəzin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, dekabrın 21-də saat 20:50 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Dəm qazının toksik zəhərləri diaqnozu təyin edilən şəxslərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar.

Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib.

Hazırda 1940-cı il təvəllüdlü şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır.

1979 və 2013-cü il təvəllüdlü şəxslərin vəziyyətləri isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

***09:04

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Far.Az-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Qeyd olunub ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1940-cı il təvəllüdlü G. Əliyeva, 1979-cu il təvəllüdlü C. Həsənova və 2013-cü il təvəllüdlü İ. Mehdiyevin uzun müddət telefon zənglərinə və çağırışlara reaksiya vermədiyi və həyati təhlükəli vəziyyətin yarandığı ehtimalı müəyyən olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin qapısı xüsusi vasitələrin köməyi ilə açılıb. İlkin ehtimala görə, dəm qazı səbəbindən huşsuz vəziyyətdə aşkar edilən vətəndaşlara ilk yardım göstərilərək dərhal xəstəxanaya çatdırılıblar.

Избранный
74
1
far.az

3Источники