RU

Yüksək vəzifəli Türkiyə rəsmiləri Ermənistanla sərhəd -keçid məntəqəsinə gəlib

Türkiyənin Ermənistanla həmsərhəd olan İğdır vilayətinin valisi Ercan Turan və digər yüksək vəzifəli Türkiyə rəsmiləri Türkiyə-Ermənistan sərhədindəki Əlican keçid məntəqəsini ziyarət ediblər.

AzPost bildirir ki, Türkiyənin İğdirovasi saytının məlumatına görə, Turan müxtəlif qurumların nümayəndələri ilə birlikdə Ermənistan sərhədindəki Əlican keçid məntəqəsini ziyarət edib. Yüksək vəzifəli Türkiyə rəsmiləri keçid məntəqəsinin texniki infrastrukturunun yaradılması və Ermənistan-Türkiyə sərhədinin açılması ehtimalı halında xidmət göstərmək üçün lazımi obyektlərin tikintisi şərtlərini nəzərdən keçiriblər.

Baxışdan sonra rəsmilər müzakirə aparıblar və bu layihələr üçün yol xəritəsi təqdim ediblər.

AzPost.az

Избранный
61
2
azpost.info

3Источники