RU

Mənzildə huşsuz halda tapılan şəxslərin vəziyyəti açıqlandı

Abşeron rayonu, Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında huşsuz vəziyyətdə aşkar edilən şəxslərin vəziyyəti açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) və Kliniki Tibbi Mərkəzindən (KTM) verilən məlumata görə, dekabrın 21-də saat 20:50-də üç nəfər (iki qadın, bir kişi) Abşeron RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Dəm qazının toksik zəhərləri diaqnozu təyin edilən şəxslərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün KTM-in Toksikologiya şöbəsinə təxliyə olunublar.

Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1940-cı il təvəllüdlü şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır.

1979 və 2013-cü il təvəllüdlü şəxslərin vəziyyətləri isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd olunub.

"Cebheinfo.az"

Избранный
81
cebheinfo.az

1Источники