RU

BYD Çində 90 min “plug-in hybrid” avtomobili geri çağıracaq

BYD
Çinin aparıcı avtomobil istehsalçılarından biri olan BYD ölkə ərazisində təxminən 90 min “plug-in hybrid” sedanı geri çağırmaq qərarına gəlib. 1news.az xarici mediaya istinadən xəbər verir ki, plug-in hibrid modellərdə aşkar edilən nasazlıq istehsal prosesində yaranmış problemlərlə əlaqələndirilir. "CN EV Post" nəşrinin Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına (SAMR) istinadən yaydığı məlumata görə, problemin proqram təminatının yenilənməsi yolu ilə aradan qaldırılması planlaşdırılır.
Qeyd edək ki, bu, BYD-nin son aylarda həyata keçirdiyi ikinci genişmiqyaslı geri çağırmadır. Belə ki, şirkət oktyabr ayında 115 783 ədəd elektromobil və plug-in hibrid avtomobili geri çağırmışdı. Çin mediasının yazdığına görə, geri çağırmaların sayının artması BYD-nin illər boyu sürətli böyüməsindən sonra avtomobillərin keyfiyyətinə nəzarətin daha da gücləndirildiyini göstərir. Cari geri çağırma iki istehsal partiyasını əhatə edir. Bunlar 26 sentyabr 2021-ci il – 23 sentyabr 2023-cü il tarixləri arasında istehsal edilmiş 52 890 ədəd Qin "Plus DM"i sedanı, həmçinin 7 yanvar 2021-ci il – 30 sentyabr 2022-ci il tarixləri arasında buraxılmış 36 091 avtomobildir. Bildirilir ki, bəzi hallarda bu modellər yalnız elektrik rejimində işləməyə bilər.

Məsələ ilə bağlı BYD təsirlənmiş avtomobillər üçün diaqnostik proqram təminatının "over-the-air" (OTA) üsulu ilə yenilənməsi barədə dilerlərinə göstəriş verib. Şirkətin açıqlamasında qeyd olunur ki, proqram təminatı batareyada anormallıq aşkar etdikdə, paneldə nasazlıq indikatoru yanacaq və bu halda istifadəçilər batareya blokunun ödənişsiz dəyişdirilməsi üçün diler mərkəzlərinə müraciət etməli olacaqlar.

Избранный
83
1news.az

1Источники