RU

“NORM”da Direktorlar Şurasının yeni üzvü təyin ediləcək - YIĞINCAQ

19 yanvar 2026-cı il tarixdə saat 11:00-da “NORM” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında olacaq.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin Direktorlar Şurasının yeni üzvünün təyin edilməsi və tərkibinin təsdiq edilməsi;

2. Cəmiyyətin strateji layihələrinə dair müzakirələrin aparılması və müvafiq qərarların qəbul edilməsi;

3. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.

Избранный
22
1
fed.az

2Источники