RU

Paşinyan Putinə “Tramp marşrutu”nun inşasından DANIŞDI

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı regional gündəmlə bağlı bir sıra məsələlərə toxunub.

KONKRET.az xəbər verir ki, görüşdə Paşinyan Azərbaycanla sülh razılaşmasının əldə olunmasının Ermənistan üçün Rusiya ilə əlaqələrdə yeni mərhələnin başlanğıcı ola biləcəyini vurğulayıb. O, Moskvanın sülh prosesinə verdiyi dəstəyə görə Rusiya liderinə təşəkkürünü bildirib.

Baş nazir, həmçinin Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana qatar hərəkətinin bərpa olunmasını mühüm və tarixi hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, bu addım regional əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Paşinyan görüş zamanı Putini “Tramp marşrutu” (TRIPP) layihəsinin icrası ilə bağlı da məlumatlandırıb. Bildirib ki, bu layihə çərçivəsində Ermənistanla ABŞ arasında dialoq davam edir və danışıqlar konstruktiv məcrada aparılır.


Müşviq Tofiqoğlu,
KONKRET.az

Избранный
34
konkret.az

1Источники