RU

Azərbaycanın suverenliyi və dövlət strategiyaları yeni kitabda əhatəli təqdim olunur - FOTOLAR

Dövlət Gömrük Komitəsinin Akademiyasının elmi-pedaqoji kollektivi və tələbələr İnstitutun yeni nəşrinin təqdimatında iştirak ediblər.

QHT.az xəbər verir ki, “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının növbəti təqdimatı dekabrın 22-də Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında baş tutub. Tədbirdə Akademiyanın professor-müəllim heyəti, elmi-pedaqoji kollektivi və müxtəlif fakültələrin tələbələri, ümumilikdə 46 nəfər iştirak edib.

Kitabın müəllifi, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev bildirib ki, əsərdə Azərbaycanın ərazi bütövlüyünün bərpasının dövlətin ən vacib strateji məqsədlərindən biri olmasıəhatəli şəkildə təqdim edilir. Eyni zamanda, ölkənin hərbi, siyasi və diplomatik strategiyasının araşdırılması,hüquqi və siyasi paralellər, beynəlxalq humanitar hüquq, BMT sənədləri və Cenevrə konvensiyaları, habelə tarixi və fəlsəfi mənbələr təhlil olunur.

Tədbir iştirakçıları kitabın elmi-nəzəri məzmununu yüksək qiymətləndirərək, Azərbaycanın suverenlik və ərazi bütövlüyü məsələlərinin sistemli şəkildə təqdim edilməsinin əhəmiyyətini vurğulayıblar.

Избранный
85
qht.az

1Источники