RU

“Sabah” “Sumqayıt”ı məğlub etdi, qış çempionu oldu 

Misli Premyer Liqasında bu gün ilin son oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, 16-cı turun 4-cü günündə 1 matç nəzərdə tutulub.

Belə ki, “Sumqayıt” evdə “Sabah”ı qəbul edib. Paytaxt təmsilçisi rəqibini 3:1 hesabı ilə qalib gələrək fasiləyə lider olaraq yollanıb. Bu komandalar arasında 1-ci dövrənin matçı 1:1 hesabı ilə yekunlaşıb.

22 dekabr (bazar ertəsi)

19:30. “Sumqayıt” – “Sabah” – 1:3

Qol: Velko Simiç, 26 (0:1), Velko Simiç, 50 (0:2), Keffel Resende, 60-avtoqol (0:3), Ronaldo Vaskez, 66 (1:3)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə  
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Избранный
24
8
idmanxeber.az

7Источники