RU

Ağcabədidə iki avtomobil toquşub, xəsarət alanlar var

Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

“Unikal”ın məlumatına görə, “KİA” markalı avtomobil “VAZ-2106” ilə toqquşub.

Qəza zamanı “VAZ” avtomobilində olan 74 yaşlı Əhmədov Əli Bayramqulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanası**na çatdırılıb.

“KİA” markalı avtomobildə olan Həsənova Aynur Mahir qızına isə xəsarətləri yüngül olduğu üçün hadisə yerində ilkin tibbi yardım göstərilib və o, ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, “KİA” markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd Həsənovun ailəsinə məxsusdur. Xəsarət alan A. Həsənova şəhidin bacısıdır.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli

Избранный
56
18
unikal.az

10Источники