“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrindən 235 kiloqram işlənmiş batareya götürülüb.
Layihə çərçivəsində ekokönüllülər “Azercell”in Baş ofisindən, “Access Bank”dan, "Global Media Group" şirkətindən, “Araz” supermarketin Qutqaşınlı-2 filialından və “Rahat” supermarketin Qara Qarayev filialından ümumilikdə 235 kq işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.
Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması, onların xüsusi şəraitdə utilizasiya olunması, həmçinin ictimaiyyət arasında ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirmənin gücləndirilməsidir.