Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
"Ford Transit" markalı avtomobil 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub.
Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada həyatını itirib.
Telegram kanalımız