Bakı. Trend:
Son üç ildə Azərbaycan vasitəsilə Orta Dəhliz üzrəyükdaşımaların həcmi 90 faiz artıb.
Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən IIAzərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.
O vurğulayıb ki, ölkələrimizin ərazisindən keçən və təkcəregionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyatəlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan OrtaDəhlizin önəmi getdikcə artmaqdadır:
"Ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizinrəqəmsallaşdırılmasını artırır bu da, öz növbəsində, həmölkələrimizin, həm də regionun yük daşımaları və ticarətdinamikasına müsbət təsir göstərir. Son üç ildə Azərbaycanvasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faizartmışdır.
Həmçinin Azərbaycanın əsas ərazisinin Naxçıvan iləbirləşdirilməsi barədə avqust ayında Vaşınqtonda əldə edilmişrazılaşmalar tarixi önəm kəsb edir. Zəngəzur dəhlizinin açılmasıbütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləriqazandırmaqla yanaşı, Orta Dəhlizin ötürücülük qabiliyyətiniartıracaq".
"Bakı-Tbilisi-Qars dəmir yolunun 2024-cü ildə illik yükburaxmaqabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda cari ildəQars–Naxçıvan dəmir yolu xəttinin təməlinin qoyulması da mühümhadisələrdir.
Bütün bunlar həm Azərbaycan və Türkiyə, həm də regionun digərölkələri üçün strateji əhəmiyyət daşıyır", - Əli Əsədovvurğulayıb.