RU

ABŞ Danimarkaya 1 milyard dollarlıq silah satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti Danimarkaya 951 milyon dollar dəyərində hava-hava raketlərinin potensial satışını təsdiqləyib.

Olaylar.az xəbər verir ki, məlumatı Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi açıqlayıb.

Agentliyin açıqlamasında bildirilir ki, Danimarka hakimiyyəti əvvəllər ABŞ-dan 236 ədəd AMRAAM-ER (Qabaqcıl Orta Mənzilli Hava-Hava Raketi - Genişləndirilmiş Mənzil) raketi və əlaqəli avadanlıq almaq istəyib. Sənəddə vurğulanır ki, "təklif olunan satış NATO müttəfiqinin təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq".

ABŞ administrasiyası artıq Konqresə bu raketlərin mümkün satışını təsdiqləmək qərarı barədə məlumat verib. Qanunverici orqanın potensial müqaviləni nəzərdən keçirmək və onu bloklayıb-bloklamayacağını düşünmək üçün 30 günü var.

Qeyd edək ki, bu ayın əvvəlində Dövlət Departamenti həmçinin Danimarkaya 730 milyon dollara AIM-120C-8 orta mənzilli hava-hava raketlərinin və 3 milyard dollara İnteqrasiya olunmuş Döyüş Komandanlıq Sistemi (IBCS) hava və raketdən müdafiə döyüş idarəetmə sisteminin potensial satışını təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
45
olaylar.az

1Источники