RU

"2025-ci ildə QHT-lərin irimiqyaslı forum və platforma layihələri uğurla həyata keçirilib" - Aqil Camal

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il vətəndaş cəmiyyəti üçün aktiv və uğurlu il oldu.

Xüsusilə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə keçirilən yerli və beynəlxalq tədbirlər əhəmiyyətli və unudulmaz oldu. Bu tədbirlər arasında “Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı, Qlobal Cənub QHT Platformasının yaradılması, Bakıda Türk Dövlətləri QHT-lərinin Birinci Həmrəylik Forumu və Naxçıvanda Türk ölkələri QHT Platformasının təsis edilməsi, həmçinin Xankəndi və Bakıda keçirilən digər irimiqyaslı forumlar xüsusilə diqqət çəkib:

"QHT-lərin özlərinin keçirdiyi layihələr içərisində fərqlənən, rezonans doğuranları oldu. Bu baxımdan, 2005-ci ili ictimai sektör üçün uğurlu saymaq olar. Yola saldığımız il “Ortaq Dəyərlər” İctimai Birliyi olaraq cəmiyyətin ictimai həyatından yaxından iştirak etməyə çalışmışıq. Keçirilən tədbirlərdə aktiv iştirak, ölkəmizin gündəm məsələləri ilə bağlı mediada davamlı reaksiyalar, təşəbbüslər irəli sürmək, ayrı-ayrı məslələrlə bağlı xüsusi və kollektiv bəyanatlarla çıxış etmək… Bütün bunlar 2025-ci ildək fəaliyyətimizin ümumi məzmununu ifadə edir".

Избранный
35
qht.az

1Источники