RU

Gürcüstan DTX-nin keçmiş rəisi həbs olunub

Tbilisi, 23 dekabr, AZƏRTAC

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəisi Qriqol Liluaşvili həbs olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze bu gün keçirdiyi brifinqdə məlumat verib. Baş prokuror bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili saxlanılıb. Onun sözlərinə görə, Liluaşvili dindirilmək üçün prokurorluğa gəlib və istintaq hərəkətləri hazırda davam etdirilir. Saxlanılmanın hansı maddə üzrə həyata keçirildiyi barədə əlavə məlumat verilməyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
57
3
azertag.az

5Источники