RU

Qarri Kasparov barəsində qiyabi həbs qərarı verilib

Rusiyada tanınmış şahmatçı Qarri Kasparov barəsində “terrorizmə haqq qazandırmaq” ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb.

Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, müvafiq qərar Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Məhkəmənin məlumatına görə, istintaq orqanları dekabrın 22-də Kasparovun qiyabi həbs olunması ilə bağlı vəsatət təqdim edib. Hazırda Rusiyada “xarici agent” kimi tanınan, həmçinin terrorçular və ekstremistlər reyestrinə daxil edilən Qarri Kasparova qarşı rəsmi ittiham irəli sürülüb.

Избранный
36
6
aznews.az

10Источники