ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Onların çatdırılmanı sürətləndirə biləcəkləri yeganə yol yeni fabriklər tikməkdir"
ABŞ Prezidenti Donald Tramp F-35 beşinci nəsil qırıcı təyyarələrinin istehsalçılarını ABŞ-a və müttəfiqlərinə çatdırılmaların yavaş tempinə görə tənqid edib. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp Floridadakı Mar-a-Laqo malikanəsində etdiyi çıxış zamanı deyib. Çıxış Ağ Evin “YouTube” kanalında yayımlanıb.
"F-35 almaq istəyən çoxlu insan var və onları müttəfiqlərimizə və ya bizə çatdırmaq çox vaxt aparır. Onların çatdırılmanı sürətləndirə biləcəkləri yeganə yol yeni fabriklər tikməkdir", - deyə ABŞ Prezidenti qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.