RU

Bu Avropa ölkələri uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək

Bakı. Trend:

Qərbi Avropanın bir sıra ölkələri, o cümlədən Fransa, İspaniya,İtaliya, Yunanıstan və Almaniya yaxın gələcəkdə uşaqların sosialşəbəkədən istifadəsinə məhdudiyyətlər və ya tam qadağalar tətbiqetməyi nəzərdən keçirir.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Avstraliyanın bu yaxınlarda 16 yaşına çatmamış yeniyetmə vəuşaqların sosial şəbəkəyə girişinə qadağa tətbiq etməsindən sonraavropalı parlamentarilər də oxşar tədbirləri müzakirə edirlər.

10 dekabr tarixindən etibarən Avstraliyada yaşı 16-dan aşağıolan uşaqlar “Facebook”, “X”, “Threads”, “Snapchat”, “Instagram”,“TikTok”, “Twitch”, “Reddit” və “Google”a məxsus "YouTube" kimiplatformalarda sosial media hesabı yarada və ya mövcud hesablarınısaxlaya bilməzlər.

Əgər bu platformaların qanunu pozduğu müəyyən edilərsə, onları50 milyon Avstraliya dolları (28 milyon avro) məbləğində ciddicərimələr gözləyə bilər.

Bəs Avropa ölkələri uşaqların onlayn sosial mediaya çıxışınıməhdudlaşdırmaq üçün hansı addımlar atır?

Fransa

Fransanın rəqəmsal məsələlər üzrə naziri Ann Le Enanf Fransanın“La Dépèche” qəzetinə bildirib ki, nazirliyi 2026-cı ilin ilkaylarında 15 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə girişiməhdudlaşdıran qanun layihəsini təqdim etməyi planlaşdırır.

İspaniya

İspaniyalı deputatların nəzərdən keçirdiyi qanun layihəsinəəsasən, yaşı 16-dan aşağı olan uşaqlar valideynlərin açıq razılığıolmadan sosial şəbəkələrə, forumlara, kommunikasiya platformalarınavə ya “generativ süni intellekt (GenAI) ehtiva edən istənilənvirtual məkana” daxil ola bilməməlidirlər.

Məqsəd “uyğunsuz məzmuna erkən məruz qalma, kiber-bulinq və yaşəxsi məlumatların rəqəmsal istismarı ilə bağlı risklərin qarşısınıalmaqdır”. Lakin bu “digər hallar”ın konkret nədən ibarət olduğuaçıqlanmır.

İtaliya

Ötən ilin may ayında İtaliya parlamenti 15 yaşdan aşağı uşaqlarüçün sosial mediaya məhdudiyyətlər nəzərdə tutan qanun layihəsinitəqdim edib.Hazırda İtaliya Senatında müzakirə olunan bu qanuna 15yaşdan aşağı “kidfluencer”lərin sosial media platformalarındafəaliyyətinin məhdudlaşdırılması da daxildir.

İtaliyanın təhsil naziri Cüzeppe Valditara “Il Foglio” qəzetinəaçıqlamasında ölkənin Avstraliya modelini nümunə götürməli olduğunubildirib.

Yunanıstan

Sentyabr ayında Yunanıstanın baş naziri Kiryakos Mitsotakis BMTBaş Assambleyasında çıxışı zamanı ölkənin Avstraliya modelinəbənzər sosial şəbəkə qadağasını nəzərdən keçirdiyini bildirib.

Yunanıstan artıq məktəblərdə smartfonları qadağan edib vəMitsotakisin sözlərinə görə, bu addım uşaqlara transformativ təsirgöstərib.

Hökumət, həmçinin ötən il valideynlərə “iOS” və “Android” mobiltelefonlarında valideyn nəzarətinin necə aktivləşdirilməsi iləbağlı təlimatlar təqdim edən veb-sayt istifadəyə verib.

Məqalədə:
Избранный
39
az.trend.az

1Источники