RU

Müğənnilərin Yeni il qiymətləri: 15 min manata qədər artır (SİYAHI)

Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilərindən birini səhnədə görmək istəyən ailələr xeyli xərcə düşməli olacaq.

Sfera.az saytının apardığı araşdırmaya əsasən, tanınmış müğənnilərin xüsusi günlərdə yarım saatlıq (təxminən 5–6 mahnı) çıxış üçün tələb etdiyi məbləğlər 2 min manatdan 15 min manata qədər artır.

Qiymətlər ifaçının populyarlığı, repertuarı və tələb səviyyəsinə görə dəyişir.

Araşdırma nəticəsində məlum olub ki, Yeni il gecəsi toy və özəl məclislər üçün müğənnilərin 30 dəqiqəlik çıxış qiymətləri belədir:

Aygün Kazımova -15 000 manatTünzalə Ağayeva - 7 000 manatZamiq Hüseynov - 5 000 manatŞəbnəm Tovuzlu - 5 000 manatRəqsanə İsmayılova - 4 000 manatAysun İsmayılova - 3 500 manatVəfa Şərifova - 3 500 manatAlmaxanım - 2 500 manatElza Seyidcahan - 2 000 manatKəmalə Günəşli - 2 000 manat

Yeni il gecəsi sifarişlərin artması qiymətlərin də yüksəlməsinə səbəb olur.

Qeyd edək ki, açıqlanan məbləğlər bazar qiymətlərinə əsaslanır və məkan, vaxt, proqramın həcmi kimi amillərdən asılı olaraq dəyişə bilər.

Избранный
15
11
milliyol.az

10Источники