
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
" Güclü icra hakimiyyəti, mərkəzləşdirilmiş qərarvermə və sosial-iqtisadi balansın qorunması ölkəni xaotik proseslərdən kənarda saxlayıb. İlham Əliyevin siyasi üslubu riskləri qabaqcadan görən, böhranları isə idarə edən lider obrazı formalaşdırıb. Bu da cəmiyyətin dövlətə olan etimadını strukturlaşdırıb, spontan yox, davamlı sabitlik yaradıb.
Onun dövründə Azərbaycanın beynəlxalq mövqeyi keyfiyyətcə yeni mərhələyə yüksəlib. Enerji diplomatiyası, nəqliyyat-logistika layihələri və balanslaşdırılmış xarici siyasət Azərbaycanı regional proseslərin obyektindən subyektinə çevirib. 44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıq Bakının sözünün çəkisini artırıb. Azərbaycan artıq yalnız resurs ölkəsi kimi yox, təhlükəsizlik, enerji və regional əməkdaşlıq üzrə etibarlı tərəfdaş kimi qəbul olunur. İlham Əliyevin prinsipial və ardıcıl mövqeyi ölkənin beynəlxalq nüfuzunu gücləndirib, Azərbaycanın mövqeyi emosional ritorika yox, nəticə verən siyasət üzərində qurulub".
Zeynəb Mustafazadə