RU

Rusiya Ukrayna müharibəsi ilə bağlı gözlənilən xəbər: Tarix açıqlandı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Politico” nəşri “Avropa Ukraynanı uğursuzluğa düçar edir” başlıqlı məqaləsində Ukrayna münaqişəsinin Kiyev üçün son dərəcə əlverişsiz şərtlərlə gələn ilin əvvəlində başa çata biləcəyini proqnozlaşdırır.

Globalinfo.az xəbər verir ki, nəşr bu qənaətə Avropa Birliyinin bir həftə əvvəl dondurulmuş 210 milyard avro dəyərində Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılığa gələ bilməməsindən sonra gəlib.

Bunun əvəzinə, Aİ Ukraynaya iki il müddətinə, öz büdcəsi hesabına maliyyələşdirilən 90 milyard avro həcmində faizsiz kredit ayırmağa razılaşıb.

“Politico”nun qiymətləndirməsinə görə, bu məbləğ müstəqil bir dövlət üçün kifayət deyil. Müharibənin davam etdirilməsi üçün təxminən iki dəfə çox maliyyə vəsaiti tələb olunur və Avropa bu qədər vəsaiti toplamaqda ciddi çətinliklərlə üzləşə bilər.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, ABŞ-dan maliyyə yardımının azalması fonunda Ukraynanın büdcə kəsiri növbəti iki il ərzində təxminən 160 milyard dollar təşkil edəcək.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
globalinfo.az

1Источники