2025-ci il, qlobal temperaturun müasir dövrdə qeydə alınan ən yüksək səviyyələrə çatdığı və bir çox bölgədə quraqlığın artdığı bir il hesab edilir.İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının noyabr ayında dərc etdiyi hesabatda deyilir.Qeyd edilib ki, ən isti il kimi təsdiq edilən 2024-cü ildən sonra bu il də bir çox regionlarda qlobal orta temperatur rekord səviyyələrə çatıb.Təşkilat dərc etdiyi hesabatda 2025-ci ilin rekordlar üzrə ikinci və ya üçüncü ən isti il olduğunu bildirərək, həddindən artıq temperatur meyllərinin bu il də davam etdiyini qeyd edib.Qlobal iqlim proqnozlarına görə, yaxın beş il ərzində temperaturun rekord səviyyədə qalacağı və ya builki səviyyələrə yaxın olacağı gözlənilir.Mütəxəssislər qeyd edirlər ki, il ərzində müşahidə olunan temperatur anomaliyaları atmosferdə tarixən yüksək istixana qazlarının konsentrasiyası ilə birbaşa bağlıdır.Mütəxəssislər vurğulayırlar ki, həddindən artıq istilər bilavasitə ölüm və sağlamlıq problemlərinə səbəb olmur, həm də kənd təsərrüfatı məhsullarının zədələnməsi, su ehtiyatlarının tükənməsi, enerjiyə tələbatın artması kimi böhranların zəncirvari reaksiyasına səbəb olur.Avropada quruda orta temperatur 21,1 dərəcə Selsiyə çatıb ki, bu da 1991-2020-ci illərin orta göstəricisindən 1,3 dərəcə yüksək olub. Bu il Avropa qızmar isti dalğasından ən çox təsirlənən regionlar arasında olub.Araşdırma, Avropada yay aylarında istidən ölənlərin sayının təxminən 24,400 nəfər olduğunu müəyyən edib. Məlumata görə, iqlim dəyişikliyinin səbəb olduğu temperatur artımı səbəbilə ən çox ölüm halı 4597 nəfərlə İtaliya, 2841 nəfərlə İspaniya, 1477 nəfərlə Almaniya, 1444 nəfərlə Fransa, 1147 nəfərlə Böyük Britaniyadır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


