RU

Yeni il bayramında uşaqlara şampan verməyin fəsadları: Həkimdən XƏBƏRDARLIQ

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Yeni il bayramında uşaqlara uşaq şampanı vermək tövsiyə edilmir.

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı uşaq və ailə psixoloqu Mariya Myasnikova "AİF.ru" nəşrinə müsahibəsində danışıb.

Psixoloq bu içkinin qəbulunun fəsadlarından bəhs edib. Onun fikrincə, Yeni il bayramında uşağa uşaq şampanı verildikdə, onlar qədəhi bayramın ayrılmaz atributu kimi qəbul etməyə başlayırlar.

"Alkoqol şənliklərin ayrılmaz, demək olar ki, sehrli bir hissəsinə, yetkinlik və sevinc simvoluna çevrilir. Sevinc və ailə birliyi uşaqların sinir yollarında ünsiyyət və oyunlarla deyil, alkoqollu içkinin görünüşü və dadı ilə daha çox bağlıdır", - deyə mütəxəssis xəbərdarlıq edib.

Mariya Myasnikova qeyd edib ki, uşaq şampanı dərhal asılılığa səbəb olmur. Lakin bu ənənəyə uşaqlıqda riayət edən insan, öz yeniyetməlik dövründə, böyük ehtimalla, rahatlamaq və ya stresi aradan qaldırmaq üçün alkoqollu içkiyə müraciət edəcək.

Bu problemdən qaçmaq üçün psixoloq Yeni il şənliklərində diqqəti içkiyə deyil, fişənglərə və ya ailə oyunlarına yönəltməyi məsləhət görüb. O həmçinin uşaqlarla xüsusi bayram kokteylləri hazırlamağı da tövsiyə edib.

Mariya Myasnikova əlavə edib ki, yeniyetmələrlə alkoqolun zərəri barədə danışmaq vacibdir. "Amma ən yaxşı nümunə sizin şüurlu və mülayim münasibətinizdir", - deyə mütəxəssis vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
123
50
oxu.az

10Источники