RU

Liqa Kubokunda sonuncu yarımfinalçı “Arsenal” oldu – ARENA.AZ

Futbol üzrə İngiltərə Liqa Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Arsenal” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb. Oyunda hesabı avtoqola sevinmiş “topçular” açıblar. Amma “Kristal Pelas” 90+5-ci dəqiqədə vurduğu cavab qolu sayəsində oyunu əlavə vaxta daşıyıb. Əlavə vaxtda da hesab dəyişməz qaldığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Arsenal” sonuncu yarımfinalçı olub.

Xatırladaq ki, daha öncə “Çelsi”, “Mançester Siti” və “Nyukasl” da yarımfinala yüksəlmişdilər.

Beləliklə, İngiltərə Liqa Kubokunda finala vəsiqə uğrunda “Mançester Siti” “Nyukasl” ilə, “Çelsi” isə “Arsenal”la mübarizə aparacaq.

Yarımfinalın ilk oyunları yanvarın 12-də, cavab matçları fevralın 2-də keçiriləcək.

İngiltərə Liqa Kuboku
1/4 final

16 dekabr

Kardiff Siti – Çelsi 1:3
Qollar: Törnbull, 75 – Qarnaço, 57; 90+3. Neto, 82.

17 dekabr

Mançester Siti – Brentford 2:0
Qollar: Şerki, 32. Savinyo, 67.

Nyukasl – Fulhem 2:1
Qollar: Vissa, 10. Mayli, 90+2 – Lukiç, 16.

23 dekabr

Arsenal – Kristal Pelas 1:1 (penaltilər 8:7)
Qollar: Lakrua, 80-öz qapısına – Qehi, 90+5.

Избранный
27
10
arena.az

10Источники