RU

Ucarda sahibsiz itlər 61 yaşlı kişiyə hücum etdi - VİDEO

Ucarda sahibsiz itlər 61 yaşlı kişiyə hücum edib.

"Yeni Sabah" xəbər verir ki, hadisə 28 May küçəsində qeydə alınıb.

61 yaşlı Rəhman Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ətrafda yaşayansakinlər ona ilkin yardım göstərib, daha sonra isə onu xəstəxanaya çatdırıblar. Sakinlərinin sözlərinə görə, yaxınlıqda yerləşən tikintisi yarımçıq qalan binada çoxlu sayda sahibsiz itlər toplaşır.

Onların aqressiv davranışı səbəbindən sakinlər, xüsusilə yaşlılar və uşaqlar gündəlik həyatlarını qorxu və narahatlıq içində keçirirlər.

Hazırda sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsini, ərazinin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

 


Telegram kanalımız
Избранный
30
5
yenisabah.az

6Источники