RU

Uitkofun müavini: İranla danışıqlara hazırıq

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

O vurğulayıb ki, İranla aparılacaq birbaşa danışıqlar ictimaiyyətə açıq şəkildə aparılmamalıdır: "ABŞ bu danışıqlara hazırdır, amma əlbəttə, bu, yalnız Tehranın birbaşa və mənalı dialoqa razılığı ilə mümkündür. Nüvə proqramı məsələsində isə Vaşinqtonun qərarı qətidir: İran uranı zənginləşdirməməlidir".

Əraqçi: "ABŞ ilə razılaşmağa hazırıq"

Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu il mayın əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək) müharibə bu danışıqları da sual altında qoyub. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
3
azvision.az

4Источники