RU

"Süni intellekt ənənəvi müəllimin fəaliyyətini əvəz edə bilməz" - EKSPERT DANIŞDI

"Rəqəmsal texnologiyalar təbii ki, yeni rəqəmsal təhsil platformalarının yaranmasına gətirib çıxarır, eyni zamanda süni intellektin imkanları genişləndikcə alimlər, təhsil mütəxəssisləri onun təhsildə rolunun hansı formada və hansı formatda yer alması ilə bağlı müxtəlif yanaşmalar irəli sürürlər. Təbii ki, birbaşa olaraq demək olar ki, süni intellekt ənənəvi müəllimin fəaliyyətini əvəz edə bilməz". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, süni intellekt və rəqəmsal texnologiyalar vasitə olaraq təhsilə dəstək verə bilər, təhsilə fayda verə bilər, amma bütünlükdə müəllimi əvəz edə biləcək hansısa rəqəmsal texnologiyalar və süni intellekt alətləri bu rolu bütünlükdə üzərinə götürmək imkanı yoxdur: "Çünki ənənəvi tədrisdə müəllim canlı şəkildə şagirdlə birbaşa ünsiyyətə girir, orada müəllimin emosiyaları, eyni zamanda müəllimin canlı varlıq olaraq həm də insan olaraq hisslərini ifadə edir. Bəzən sıradan bir mimika və yaxud jestlər, hansısa yanaşmalar, bütünlükdə o yalnız canlı varlığın ifadə etdiyi hərəkətlərdir və bu mənada mən düşünmürəm ki, gələcəkdə rəqəmsal texnologiyalar müəllimi tam əvəz edə bilməyəcək. Təbii ki, bu mümkün deyil. Amma rəqəmsal alətlər və süni intellekt bütünlükdə, təhsildə, tədrisdə müsbət mənada təsir göstərmək imkanındadır. Çünki tutaq ki, şagird, tələbə olsun təhsilin hansı səviyyəsində, hansı pilləsində olmasından asılı olmayaraq, onlar bu vasitələri köməkçi vasitə kimi istifadə edə bilərlər. Məsələn, mən nümunə üçün süni intellektdə alət kimi "ChatGPT" götürüb deyim ki, tutaq ki, təhsilə faydalarını bir qədər izah edəsəm, hesab edərəm ki, fikrim tamamlanmış olacaq. Şagirdin verəcəyi sualı addım‑addım, asan dildə, başa düşüləcək şəkildə izah edir. Və əgər şagird, tələbə bundan dərs məqsədilə istifadə edirsə, təbii ki, faydalıdır.

Amma son dövrlərdə bundan bəzən istifadə zamanı sui-istifadə hallarına yol verilir; tutaq ki, hazır esseni, hazır mətni, hazır tapşırığı süni intellekt vasitəsindən şagird və yaxud tələbə həll edir, hansısa məsələni, problemi həll edir. Amma burada daha çox plagiat formatında bəzən problem ortaya çıxır. Təbii ki, bu yaxşı deyil, əlbəttə ki, bunun limiti həddindən artıqdır və bəzən ola bilər ki, ənənəvi müəllim şagird fikrini ifadə edə bilmədikdə müəllim canlı olaraq ona proses zamanı hansısa müdaxilələr etdikdə şagirdin potensialını daha yaxşı şəkildə üzə çıxarmağa imkan yaradır. Şagirdin istifadəsi, bacarığı və metodik yanaşmalar tətbiq etməklə onun öyrənmə prosesinə, təhsil gücünə malikdir. Amma süni intellekt, bilirsiniz ki, bunlar adından da göründüyü kimi, təbii intellektdən fərqlidir. Həm də süni intellekin və rəqəmsal texnologiyaların yaratdığı bəzi risklər də var. Məsələn, şagirdin emosiyalarını, şagirdin hisslərini əhatə etmək, onları idarə etmək üçün süni intellektdən həmin çərçivədə istifadə məhduddur. Çünki o, şagirdin özünü ifadə etdiyi kimi, dildə nə cür ifadə edirsə, onu o cür formada başa düşür. O, şagirdin hansısa fiziki rəftarını tuta bilmir. Bu mənada təbii ki, o, bütünlükdə sadəcə yardımçı vasitə ola bilər, fayda verə bilər, amma bir məna olaraq o, müəllimi tam əvəz edə bilməz. Süni intellekt və rəqəmsal texnologiyalar hələ də burda yoxdur. Gələcəkdə bunun müəllimin pedoqoji nüfuzuna hansısa riskləri ola bilər. Təbii ki, risklər var, məsələn sui-istifadə halları, plagiat halları, eyni zamanda təhsil alanın sosiallaşması baxımından, qrup şəklində hansısa problemi həll etmək, bacarıqlarını inkişaf etdirmək baxımından risklər mövcuddur. Amma yalnız düzgün, doğru istifadə edilməklə bu texnologiyalar ümumi işin xeyrinə ola bilər. Biz istəsək belə bundan qaça bilmərik; amma məsələn, ondan ibarətdir ki, doğru yerdə, düzgün şəkildə müəllimin tövsiyəsi ilə, müəllimin eyni zamanda yaxşı mənada müdaxiləsi ilə bu texnologiyalardan istifadə olunmalıdır".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
14
1
sia.az

2Источники