Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankarada qəzaya uğrayan, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu “Falcon 50” tipli təyyarə ilə bağlı araşdırma aparılması üçün Liviyadan 22 nəfərlik heyətin Ankaraya yola düşdüyünü bildirib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir qara qutunun gecə saatlarında tapıldığını qeyd edib.
“Qəza sahəsində saat 02:45-də təyyarəyə məxsus səs qeyd cihazı, saat 03:20-də isə qara qutu aşkar edilib. 22 nəfərlik Liviya heyəti Ankaraya yola düşüb”, - Ali Yerlikaya bildirib.